Çin Mədəniyyət və Turizm Nazirliyi vətəndaşlarına Yaponiyaya səfər etməmək barədə rəsmi tövsiyə yayıb. AzPost xəbər verir ki, 1urumun rəsmi saytında dərc olunan açıqlamada qeyd olunur ki, bu qərar ölkədəki təhlükəsizlik risklərinin artması ilə əlaqədardır.
Bildirilib ki, hal-hazırda Yaponiyada olan Çin vətəndaşları ətrafdakı vəziyyətə diqqətlə yanaşmalı və ehtiyat tədbirləri görməlidirlər. Foodinfo.az xəbər verir ki, bu tövsiyə noyabrın 14-də Çin Xarici İşlər Nazirliyi tərəfindən yayımlanan öncədən verilmiş xəbərdarlığa istinad edir.
Açıqlamada vurğulanır ki, Yaponiyada Çin vətəndaşlarının təhlükəsizlik vəziyyəti pisləşməkdədir. Turistlər hər hansı fövqəladə hallar zamanı dərhal Çinin səfirliyi və ya konsulluğu ilə əlaqə saxlamalıdırlar.