“Çin zavodları gizli şəkildə Rusiyadan neft alır” –“Financial Times”

“Çinin özəl neft emalı zavodları gizli şəkildə Rusiya neftini alır”.

Azpost.info xəbər verir ki, bu barədə “Financial Times” yazır.

Belə zavodlardan birinin nümayəndəsi nəşrə bildirib ki, Ukraynada müharibə başlayandan bəri Rusiya neft tədarükçüləri ilə sövdələşmələrini ictimailəşdirməyib. Bu yolla diqqət çəkməməyə və ABŞ-ın sanksiyalarına məruz qalmamağa çalışıb.

O əlavə edib ki, neft emalı zavodları Rusiya neftinin alınması üçün kvotanın bir hissəsini dövlətə məxsus ticarət şirkətlərindən götürüb və onlar ümumiyyətlə yeni tədarük müqavilələri imzalamaqdan imtina edirlər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.