“Çində bilmədiyimiz nələrsə baş verir, sadəlövh olmayaq” –

Prezident Makron şübhələrini açıqladı
17 Aprel 2020 - 11:14
France's President Emmanuel Macron delivers a speech with Prime Minister of Finland Antti Rinne, prior to a meeting at the Elysee Palace, in Paris, Wednesday, Sept. 18, 2019. (AP Photo/Thibault Camus)

Fransa Prezidenti Emmanuel Makron Çində koronavirusla əlaqədar açıq şəkildə bilinməyən hadisələrin baş verdiyini deyib.

O, bununla bağlı “Financial Times” qəzetinə açıqlama verib.

Virusla əlaqədar olaraq, Fransa, Almaniya və İtaliyanı Çin və ya Rusiya ilə müqayisə etməyin mümkün olmadığını vurğulayan Makron “Çinin koronavirusu ələ almasında bizdən daha yaxşı olduğunu söyləyəcək qədər sadəlöhv olmayaq. Düzü, bilmədiyimiz nələrsə baş verir” deyib.

Fransa lideri Avropa İttifaqının epidemiyadan ən çox təsirlənən, birliyə üzv ölkələrə dəstək verilmədiyini qeyd edib.

O, zəngin Aİ ölkələrinin epidemiyanın səbəb olduğu böhranı idarə etməkdə daha çox məsuliyyət daşıdığını vurğulayıb:

“Aİ-nin siyasi bir layihə və ya (iqtisadi) bir bazar olub-olmadığına qərar verməyin lazım gəldiyi bir dövrdəyik. Düşünürəm ki, bu, siyasi bir layihədir. Daha da irəli getməsək, avro qrupunun və Avropa düşüncəsinin dağılması riski var”.