Çində daha bir virus yayılmağa başladı

02 Fevral 2020 - 21:49

Koronavirusun yayılmasının qarşısını almaqda çətinlik çəkən Çin hazırda quş qripi ilə üzləşib.

Azpost.info “Amerikanın Səsi”nə istinadən bildirir ki, Çinin Kənd Təsərrüfatı Nazirliyinin bildirdiyinə görə, H5N1 quş qripu Hunan vilayətinin fermalarının birində aşkar edilib.

Virus 8 min toyuq saxlanılan fermada onların yarısının tələf olmasına səbəb olub. Bu problemlə üzləşən Çin yeganə ölkə deyil. Bu həftənin əvvəllərində Hindistan virusa yoluxmuş toyuq və yumurtaları yığışdırmağa başlayıb.

Quş qripi Çində 2013-cü ildə yayılmış və ölkə iqtisadiyyatına 6.5 milyard dollarlıq ziyan vurmuşdu.