Haqqa gedən 9 yolun yolçusu,YOLUN AĞ OLSUN!

Mənim bir dostum var. Yollar yolçusudur, dünyanın uzaqlarından  yurdumuza yollar çəkib. Könül yolları, etibar, dostluq yolları.

İlk dəfə onu “168 saat” qəzetinə gələn yolda görmüşəm. O zaman gənc jurnalistlər Varisin başına yığılıb Müstəqilliyimzə çatmağın yollarında keşik çəkirdik. Bizim arzularımızı Tanrı eşitdi. Biz cəmiyyətimizdəki  çirkili, tozlu yollara, bizə yaraşmayan yollara etiraz etdik. O yolları  kəsib atdıq.

Müstəqilliyimizi qazanadan  sonra Vətənimizə gələn və Vətənimizdən xeyrə gedən  yollar çoxaldı. O yollardan bri də Ukraynadan gəlirdi.

Dostlarla eyni ideallar yoluna çıxdığımız Vətənimizdə hərəmiz bir sahədə cəmiyyətə, dövlətə alnıaçıq-üzüağ xidmət etdik. Və günlərin bir günündə , 2002-ci ildə xoş bir xəbər eşitdik. Azərbaycan Dövlət Televiziyasının gənc müxbiri Möhsüm Qədiroğlunu  mərkəzi  Kiyev şəhərində olmaqla Ukrayna və Şərqi Avropa ölkələri üzrə nümayəndəliyin rəhbəri vəzifəsinə təyin ediblər.

2003-cü ildə Ukraynanın  Xarkov şəhərinə qonaq getdim. Möhsüm Qədiroğlu Kiyevdən xəbərimi aldı.  Bir də gördüm ki, qonaq qaldığım evdə qapı döyüldü. Ünvanımı öyrənib, Kiyevdən Xarkova maşın sürmüşüdü.  Bu bir dostun sədaqəti idi. Və axı, qəriblikdə yaşayanlar yaxşı bilirlər, Vətəndən gələn insanlar sanki  özü ilə Vətənin havasını gətirir. Əlbəttə bu hiss vətənsevənlərin könlünə hakim olur. Xarkovda elə mənim iştirakımla Möhsüm Qədiroğlu dövlət orqanları, diaspora nümayəndələri ilə bir günün içərisində bir neçə görüş keçirdi. 33 yaşlı bu oğlan gözlərimdə böyüyüb yaşlı bir siyasətçi və diölomatiyanı bilən bir şəxsiyyətə döndü.

O gün- bu gün hərdən “qardaş”, hərdən də “dədə” dediyim Möhsümün uğurlarını izlədim.

Möhsüm Qədiroğlunun Ukrayna Azərbaycanlıları Konqresinin (UAK),Belarus Respublikasında Belarus Azərbaycan İcmaları Konqresinin , Moldova Respublikasında Moldova Azərbaycanlıları Konqresinin qurulmasında və formalaşmasında yaxından iştirak etdiyini gördüm. Azərbaycan  həqiqətlərinin Ukrayna və Şərqi Avrpa ölkələrinin  ictimaiyyətinə çatdırılması məhz onun fəaliyyətinin uğuru idi. Çünki çalışdığı ölkələrdə  quruca müxbirlik etmədi, özünə həmin ölkələrdəki ən fəal, ədalətli jurnalistlərdən dost qazandı. Bu gün o dostlar Azərbaycanı Möhsümə görə tanıyırlar. Bir ölkəni digəri ilə dost etmək üçün həmin ölkənin qəzet və jurnallarında, televiziyalarında dost qazanmalısan. İndi Möhsüm Qədiroğlunun belə dostları onlarcadır. İnanmırsınızsa, həmin ölkələrə gedəndə Möhsümün adını çəkin. Bax o gördüyünüz reaksiya, bu Vətən oğlunun orada Vətənin bir parçasını yaratmasının misalıdır.

Möhsüm Aslanov  2003 – cü ildən başlayaraq “Xocalıya Ədalət” kompaniyası çərçivəsində Ermənistanın Ukraynadakı səfirliyinin  , BMT-nin  və ATƏT –in Ukraynadakı nümayəndəliklərinin qarşısında etiraz aksiyalarının əsas təşkilatçılarından biri oldu. Böyük ölklərdə səfirliklərimizin bacarmadığı bir işi gördü.

Möhsüm Aslanov xarici ölkələrdə bütöv bir Azərbaycan İnstitutu oldu.  Həmin institutda  onun  ssenarisi əsasında  Ukraynada  və Moldovada   “Heydər Əliyev iki əsrin Fenomeni” filmləri (1-ci 2-ci hissə), Ulu Öndərin xatirəsinə həsr olunmuş “Heydər Əliyev – İnsanlığa bağışlanan ömür”,”Oddan Doğulan Xalq”, ”Azərbaycan – Minilliklərin tarixinə yeddi günlük səyahət” , ”Qarabağ tarixin burulğanında ” və bir sıra sənədli filmləri   qızıl fonda düşdü. Azərbaycan , Ukrayna və Moldovanın  dovlət televiziyalarında efirə getdi. Bu layihələr bu gün də Ukrayna, Moldova  və Azərbaycan arasındakı tarixi -mədəni əlaqələrin inkişaf etdirilməsində müstəsna rol oynamaqdadır.

Özünün tarixi şəxsiyyətlərinə dəyər verən, keçmişini unutmayan insan harada olursa olsun, onun idealları “Öncə Vətən” olmalıdır. Möhsün Qədiroğlu harada oldusa,  “Öncə Vətən”i düşündü.

Və Vətəndən  həmin ölkələrə qonaq gedən dostların da hər birinə qucaq açdı. Ləyaqətini göstərdi. Onun yannda qonaq olan ləyaqətlilər unutmadılar, unutqanlar isə unutdular.

Möhsüm dostluğa dəyər verən bir oğuldur!!!

Möhsüm özündən böyüyə də, rəqibinə də mərdanə münasibət gösətərən bir oğuldur. Onunla eyni dairədən namizədliyini vermiş Hafiz Hacıyevlə birlikdə seçicilərinin görüşünə getməsi də onun müdrikliyinin, uzaqgörənliyinin mərdliyinin ifadəsidir. Həm də özündən böyük həmyerlisinə olan hörmətidir!.

Möhsüm dağlar oğludur! Sinəsində  doğulduğu Göyçə mahalının,  Basarkeçər rayonunun, Nərimanlı kəndinin  dağ boyda həsrətini gəzdirir. O həsrətin içərisində  Çalmalı Dağı,Kehdi -Mehdi dağı ,Daşdı yurdu,  Güney yurdu,Dərə yurd, Nəbi dərəsi, Sarı yer, Qumlu bulaq,Sarı bulaq, Südlü bulaq göyərir.

Ona görə də  indi bir YOL-a çıxıb! Əslində “həsrətə gedən yol” deyərdim o yolun adına. 1988-ci ildən vətənindən, ocağından, yerindən-yurdundan – Göyçədən məcburi didərgin düşənlərin YOL-una gəlib ki, o YOLU-u eli-obası, elinin-obasının ağsaqqalları, gəncləri ilə birlikdə açsın. Bu yolların açılmasında Vətənimizə, vətəni sevənlərə, yol axtaranlara, dövlət başçımıza , Ali Baş Komandana dəstək olmaq istəyir. Xalqın , elin-obanın sözünü  Prezidentimiz Ali Baş Komandan İlham Əliyevə  ,Azərbaycan jurnalistikasının sütunlarından biri olan, 70 yaşlı  Qədir Aslanovun oğlu  Möhsüm kimi kim çatdıra bilər?!

Möhsüm Qədiroğlu Ukraynada onu sevən həmyerlilərimizin, dostlarımızın xeyir-duasını alıb, onların alqışları ilə butalanıb Azərbaycana , heç zaman haqqı nahaqqa qurban etməyən, zəngin keçmişə malik Göygöl, Daşkəsən, Qərbi Azərbaycandan məcburi köçkün düşmüş insanların rayonuna gəlib ki,  Milli Məclisdə onların sözünü deyə bilsin, dərdlərinin açarını tapsın. Azərbaycan boyda gözəl bir məmləkətin layiqli təmsilçisi olsun ki, Azərbaycanımızın daima çiçəklənməsi, azad, firavan, əsil vətəndaş cəmiyyətinin formalaşdırılması, tarixi torpaqlarımızın bütövlükdə dövlətimizin sərhədləri çərçivəsində bərqərar olması, sosial ədalətin təmin edilməsi,iqtisadi güc,siyasi sabitlik, qanunların hökmranlığının bərqərar olsun.

Möhsüm yurdumuzun köhnə kişilərindən qalan toxumdur. Qanı saf, sözü saf, ürəyi safdır.  Bu gün Milli Məclisdə onu görmək istəyən el –obası, 101-ci dairənin uşaqlı-böyüklü hər bir nümayəndəsi Möhsüm Qədiroğlunun başına toplanıb, onun sözünə-söhbətinə, vədlərinə inanıblar.

Möhsüm ömrün yarı yaşında xalqının, elinin, dostlarının məhəbbətini qazanmış bir dağlar oğludur! Hər zaman dağ kimi uca ol, qardaşım və dostum!!!

Qədim türklər yola çıxan ərənlərə, igidlərə deyərdilər ki, haqqa gedən 9 yolun  AĞ olsun ki, elinə gününə AĞLIQ gətirəsən!!! Möhsüm Qədiroğlu-  Çalmalı Dağı,Kehdi -Mehdi dağı Daşdı yurdu,  Güney,Dərə yurdu, Nəbi dərəsi, Sarı yer, Qumlu bulaq,Sarı bulaq, Südlü bulağa gedən yolların açılmasında öndə gedənlərdən olasan!!!

Aida Eyvazlı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Çində daha bir virus yayılmağa başladı

Sonrakı məqalə

ABŞ dövlət katibi Qazaxıstanı Çindən qaçan uyğurlarla sığınacaq verməyə çağırıb