Çində güclü zəlzələ olub, 127 nəfər ölüb –5 minə yaxın bina və tikilinin dağılıb

Çinin şimal-qərbindəki Qansu əyalətində baş verən güclü zəlzələ olub. 

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Pekin vaxtı ilə gecə yarısı (Bakı vaxtı ilə 20:00) maqnitudası 6,2 olan yeraltı təkanlar qeydə alınıb. Zəlzələnin episentri 10 km dərinlikdə yerləşir.

Zəlzələ nəticəsində 127 nəfər ölüb.

İki vilayətin sərhədinə yaxın bir bölgədə baş verən zəlzələdə Qansuda 536, Çinxayda isə 198 nəfər xəsarət alıb.

Zəlzələnin episentri olan Cisişan dairəsinin səlahiyyətliləri 5 minə yaxın bina və tikilinin dağıldığını bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.