Çində koronavirusun nə zaman dəf olunacağı tarixAÇIQLANDI

“Çin hökuməti bu il mart ayının sonunadək ölkə ərazisində koronavirusu dəf edəcək”.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Rusiyadakı səfiri Janq Hanhui bildirib.

O deyib ki, bu virusa tam qələbə çala bilərik: “Həm də Hubey əyalətində, başqa bölgələrdə elə bu ay qalib gələ bilərik. Epidemiya ocağında isə ola bilsin, gələn ay ərzində virusu tamamilə məhv edəcəyik”.

İndiyədək 18 mindən çox xəstənin sağalaraq xəstəxanalardan buraxıldığını, bir sıra əyalət və bölgələrdə 10 gündən artıqdır yeni yoluxma hallarının qeydə alınmadığını diqqətə çatdıran diplomat koronavirusun ocağı Hubey əyalətində ölüm hallarının 2 faiz, ölkəboyu isə 0,55 faiz olduğunu deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ötən gün yol qəzalarında 6 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Sonrakı məqalə

Dövlət Komitəsindən İranda dini yerlərə ziyarət təşkil edənlərə çağırış: