Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Çində qəzaya uğramış təyyarəni tapa bilmirlər

User 22 Mart 2022 - 09:49 (Last updated: 21 May 2025 - 20:15)
cin teyyare qeza

“China Eastern Airlines” şirkətinin martın 21-də qəzaya uğramış “Boeing 737-800” təyyarəsindəki sərnişinlərin axtarışları hələ nəticə verməyib.

Azpost.info-nun məlumatına görə, axtarış əməliyyatına 1200-ə yaxın yanğınsöndürən, 100-dən çox texnika, 80 tibb işçisi, polis və hərbçilər, yerli sakinlər cəlb olunub. Təyyarənin bəzi qalıqları tapılsa da, sərnişin və heyət üzvlərinin axtarışları hələlik nəticə verməyib. Qəzanın baş verdiyi ərazi dağlıq və sıx meşə olduğundan axtarış işləri çətinliklə aparılır. Hadisə şahidlərindən biri yerli mediaya bildirib ki, təyyarə dağa çırpılandan sonra tamamilə dağılıb, ardından yanğın yaranıb.

“China Eastern Airlines” şirkəti qəza ilə əlaqədar 9 işçi qrup yaradıb. Bu qruplar hadisənin təhqiqatı, təyyarədə olan sərnişinlərin ailələrinə dəstək, logistika, hüquqi işlər, maliyyə və digər məsələlərlə məşğul olur.

Qeyd edək ki, göyərtəsində 123 sərnişin və 9 heyət üzvünün olduğu təyyarə Kunmin şəhərindən Quancou istiqamətində uçarkən Quansi Cuan muxtar bölgəsində qəzaya uğrayıb. Çin Mülki Aviasiya İdarəsinin məlumatına əsasən, təyyarə yerli vaxtla 13:15-də havaya qalxdıqdan təxminən 1 saat 10 dəqiqə sonra radarlardan itib. Altı ildən çoxdur istifadədə olan təyyarə Tensiən rayonunda dağa çırpılıb və alışıb. “Boeing” şirkəti qəza barədə məlumatları araşdırdığını açıqlayıb. ABŞ-ın Federal Aviasiya Administrasiyası qəzanın təhqiqatına dəstək göstərməyə hazır olduğunu bəyan edib. ABŞ Nəqliyyatda Təhlükəsizlik Milli Bürosu hadisənin araşdırılması üçün məsul şəxs təyin edib.

Qəzaya uğrayan təyyarədə əcnəbi sərnişinlərin olmadığı bildirilir.

Post navigation

Previous: Xroniki yorğunluğun əsas səbəbləri nədir?
Next: Varşavadan Bakıya birbaşa reyslərə başlayacaq

Oxşar xəbərlər

DIN
  • Sosial

Azərbaycanda bir gündə 100 axtarışda olan şəxs saxlanıldı

User 04 Noyabr 2026 - 10:21
yollar bağlanacaq
  • Sosial

Yol polisi sürücülərə müraciət edib

User 04 Noyabr 2026 - 09:24
iran persona non
  • Sosial

Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi – SİYAHI

User 03 Noyabr 2026 - 19:10

xƏBƏR

DIN
  • Sosial

Azərbaycanda bir gündə 100 axtarışda olan şəxs saxlanıldı

User 04 Noyabr 2026 - 10:21
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları noyabrın 3-də ölkə ərazisində axtarışda olan 100 nəfəri saxlayıblar. Azpost.info xəbər verir...
Read more about Azərbaycanda bir gündə 100 axtarışda olan şəxs saxlanıldı
2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? – Büdcədən əsas rəqəmlər açıqlandı budce
  • Baş Yazı

2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? – Büdcədən əsas rəqəmlər açıqlandı

User 04 Noyabr 2026 - 10:15
Obama Trampa mesaj verdi, demokratlara çağırış etdi – “Qollarımızı çırmalayıb işə başlamalıyıq” obama
  • Dünya

Obama Trampa mesaj verdi, demokratlara çağırış etdi – “Qollarımızı çırmalayıb işə başlamalıyıq”

User 04 Noyabr 2026 - 10:07
ABŞ-da Trampa görünməmiş seçki zərbəsi – Demokratlar Senatda çoxluğu ələ keçirdi abs seçki menteqe
  • Dünya

ABŞ-da Trampa görünməmiş seçki zərbəsi – Demokratlar Senatda çoxluğu ələ keçirdi

User 04 Noyabr 2026 - 09:59
4 noyabr üçün ulduz falı – Bürcləri hansı dəyişikliklər gözləyir? burcler
  • Maraqlı

4 noyabr üçün ulduz falı – Bürcləri hansı dəyişikliklər gözləyir?

User 04 Noyabr 2026 - 09:32
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.