ABŞ-nin Alyaska ştatı sahillərində avtomobil daşıyan gəmi yanır.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, yanğının dünən günorta saatlarında Ankoric şəhərindən təqribən 1200 mil məsafədə yerləşən “Morning Midas” adlı gəminin göyərtəsində baş verdiyi bildirilib.
Məlumata görə, gəmidə 800-ü elektromobil olmaqla 3000-dən çox avtomobil var.
Yanğının 24 saatdan artıq davam etdiyi qeyd edilib.
ABŞ Sahil Mühafizəsi avtomobillərdəki litium-ion batareyaların partlaya biləcəyi üçün yanğının davam etməsinə icazə verəcəklərini açıqlayıb.
Ekipaj üzvləri gəmini xilasedici qayıqla tərk edə bilib.
Nəqliyyat vasitələrinin Çindən Meksikaya daşındmaq üçün yola çıxdığı bildirilib.