Çindən gələnlərdən daha 3 nəfər Kliniki Tibbi Mərkəzdən buraxılıb

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb. 

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Kliniki Tibbi Mərkəzdən bildirilib ki, fevral ayının 7-si üçün yoluxucu xəstəliklər şöbəsində 3 nəfər var.

Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir: “Bir daha qeyd edirik ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar. Onların xəstə şəxslərlə kontaktı olmayıb. Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılırlar. Həmin tibb müəssisəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar”.

Qeyd edək ki, rəsmi qurumların fevralın 5-də yaydığı məlumatda Çindən gələn 7 nəfərin Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirildiyi bildirilmişdi. Onlardan biri dünən xəstəxanadan buraxılmışdı.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gecə cəbhə xəttində atəşkəs rejimi 23 dəfə pozulub

Sonrakı məqalə

“Yüksəliş” müsabiqəsinin sınaq imtahanı keçiriləcək –