Çində Xloya Çjounun aldığı “Oscar” haqqında yazmaq qadağan olunub –FOTO

Çin hökuməti “Oscar” mükafatının təqdim etmə mərasimində üç nominasiyada qalib olan “Nomadland” (“Köçərilərin Yurdu”) filminin rejissoru Xloya Çjaonun haqqında yazmağı qadağan edib.

Bu barədə yerli mediadakı mənbələrə istinadən “The Wall Street Journal” xəbər verir.

İnsayderlər vurğulayıblar ki, hazırda Çinin ən böyük axtarış sistemləri olan “Sogou” və “Baidu”da Çjaoya aid ancaq keçmiş xəbərlər var. Bundan başqa istifadəçilərin “Wechat”, “Weibo” və “Zhihu”dakı Çjao ilə bağlı paylaşımları da silinir.

Çində anadan olub, sonradan ABŞ-a köçən Çjao “Ən Yaxşı Rejissor” mükafatını qazanan ilk çinli qadındır, o həmçinin bu mükafata layiq görülən ikinci qadındır. Onun filmi həmçinin “Ən yaxşı film” və “Ən yaxşı qadın rolu” nominasiyalarında da əsas mükafatı qazanıb.
Qeyd edək ki, onun zəfəri barədə qadağaya səbəb, Çjaonun bir müddət əvvəl “Çində yalanın əhatəsində böyüdüyü” barədə açıqlamaları olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir