Çində ən qədim vurma cədvəli aşkarlanıb

Çinin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin ərazisində aparılan qazıntılar zamanı məzarların birində bambuk lövhə üzərinə həkk olunmuş ən qədim vurma cədvəli tapılıb.

Eramızdan əvvəl IV əsrə aid vurma cədvəli Hunan əyalətində (Mərkəzi Çin) aşkar edilən digər oxşar fraqmentdən təxminən bir əsr qədimdir.

Qəbirdə, həmçinin 30 mindən çox heroqlifdən ibarət və riyaziyyat, ədəbiyyat, heyvandarlıq, tibb və əczaçılıq da daxil olmaqla müxtəlif sahələri əhatə edən mətnlərin həkk olunduğu minlərlə bambuk lövhə də aşkarlanıb(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.