“Cini butulkadan Paşinyanın populist danışığı çıxardı” –ABŞ təhlilçilərinin Qarabağla bağlı şərhi

Dağlıq Qarabağdakı vəziyyəti Ermənistanın populist baş naziri bu həddə çatdırıb.

“The New York Times” qəzetində Karlotta Qol yazır ki, illər boyu Azərbaycan və Ermənistan liderləri Dağlıq Qarabağın statusu üzrə danışıqları təxirə salmağa razılaşıblar. “Bu yaz Ermənistanın populist baş naziri bu ərazini Ermənistan torpağı elan edincə hər şey dəyişdi”, – müəllif qeyd edir.

Prezidentin köməkçisi Hikmət Hacıyev qəzetə deyib ki, 2018-ci ildə Nikol Paşinyan Ermənistanda hakimiyyətə gələndə Azərbaycan danışıqlarda irəliləyişə ümid edirmiş. Prezident İlham Əliyevlə ilk görüşündə o, vaxt istəyib, Dağlıq Qarabağ üzrə yeni siyasət vəd edib.

“Ancaq bu siyasət heç hiss olunmadı. Bu il gərginlik daha da artdı. Təhlilçilər cənab Paşinyanın və müdafiə nazirinin əraziylə bağlı populist bəyanatlar verməsinə, Şuşanı regionun paytaxtına çevirmək və avqustda parlamenti ora köçürmək planları cızmasına diqqət çəkirlər. Bu addımlar isə böyük yanlışlar idi”, – müəllif yazır.

Erməni əsilli amerikalı təhlilçi Jirayr Libaridiyan sentyabrda yazırdı ki, “biz mümkün olana fokuslanmaq əvəzinə öz arzularımıza aludə olduq”.

Müstəqil təhlilçilər Azərbaycanın müharibənin aparıcı qüvvəsi olduğunu, böyük hücuma hazırlaşdığını deyirlər. Amma onu da əlavə edirlər ki, cini qabdan Paşinyanın populist danışığı çıxardı.

“Status kvonu saxlamaq istəyən ermənilərin deyil, Azərbaycanın bunu başlatmaq istəməsi məntiqidir. Ancaq ermənilər də provokativ addımlarla rollarını oynadılar”, – Karnegi Fondunun aparıcı əməkdaşı, “Qara bağ” kitabının müəllifi Tomas de Vaal deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müdafiə Nazirliyi rəsmi sosial şəbəkə hesablarını açıqlayıb

Sonrakı məqalə

“Düşmənin böyük şəhərlərimizdə terror-təxribat aktları törətməsi istisna deyil” –