Çinin Quanqjou şəhərində qapalı əyləncə yerləri bağlanıb –

Yoluxma aşkarlanıb
09 İyun 2021 - 11:17

Çinin cənubundakı Quanqjou şəhərində qapalı əyləncə yerləri bağlanıb.

Hakimiyyət koronavirusun yeni dalğasını önləməyə çalışır. Şəhərdə yoluxmaların aşkarlandığı yaşayış yerləri təcrid olunub. Sakinlərin şəhərdən və ətraf Quanqdonq vilayətindən vacib olmayan hallarda çıxması yasaqlanıb. Rəsmilər hazırda şəhərin 10 milyon sakinini test edirlər.

Mayın 21-dən Quanqjouda 100-dən çox yoluxma aşkarlanıb.

Çin indiyədək kəskin tədbirlər və kütləvi testlər vasitəsilə lokal yayılmaların kökünü kəsib.