Çinin Quanqjou şəhərində qapalı əyləncə yerləri bağlanıb –Yoluxma aşkarlanıb

Çinin cənubundakı Quanqjou şəhərində qapalı əyləncə yerləri bağlanıb.

Hakimiyyət koronavirusun yeni dalğasını önləməyə çalışır. Şəhərdə yoluxmaların aşkarlandığı yaşayış yerləri təcrid olunub. Sakinlərin şəhərdən və ətraf Quanqdonq vilayətindən vacib olmayan hallarda çıxması yasaqlanıb. Rəsmilər hazırda şəhərin 10 milyon sakinini test edirlər.

Mayın 21-dən Quanqjouda 100-dən çox yoluxma aşkarlanıb.

Çin indiyədək kəskin tədbirlər və kütləvi testlər vasitəsilə lokal yayılmaların kökünü kəsib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Son zəng”in keçirilmə qaydası ilə bağlı müzakirələr aparılır –

Sonrakı məqalə

“Qarabağda dinc həyatın bərpa olunmasına kömək edirik” –