Çinin Ukrayna böhranı üzrə xüsusi nümayəndəsi Putinlə görüşəcəkmi?- AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putinin Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huey ilə görüşü hələlik nəzərdə tutulmayıb.

Azpost.info xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib.

“Prezident Putinin görüşlər cədvəlində Ukrayna böhranının həllini müzakirə etmək üçün mayın ortalarında Rusiyaya səfər edəcək xüsusi nümayəndə Li Huey ilə görüş hələlik yer almayıb”, – Peskov bildirib.

Li Huey Ukrayna böhranını müzakirə etmək üçün mayın 15-dən etibarən Ukrayna, Polşa, Fransa, Almaniya və Rusiyaya səfər edəcək.

Münaqişənin həlli üzrə xüsusi nümayəndənin təyin edilməsi barədə qərar Çin lideri Si Cinpinlə Ukrayna prezidenti Vladimir Zelenski arasında keçirilən danışıqlar zamanı qəbul olunub.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.