Çinlə əməkdaşlıq genişlənir –PREZİDENT

Bizim “Vahid Çin” siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı söyləyib.

“Hazırda əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir”, – deyən dövlət başçısı Çin Prezidenti Si Cinpinlə dəfələrlə görüşdüyünü və həmin görüşlərdən çox yaxşı təəssüratlarının olduğunu bildirib. Vurğulayıb ki, bu görüşlər münasibətlərimizə əlavə təkan verir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.