“Tayvan boğazındakı gərginliyə görə Çinlə müharibə başlayarsa, Filippin ABŞ-ı dəstəkləyəcək”
Azpost.info xəbər verir ki, bunu Filippinin ABŞ-dakı səfiri Xose Manuel Romualdes bildirib.
“Əlbəttə ki, heç vaxt baş verməyəcəyinə ümid edirik. Amma böyük bir müharibə olsa, biz İkinci Dünya savaşında olduğu kimi, ABŞ-la ittifaqda olacağıq”, – Romualdes bildirib.
Diplomatın sözlərinə görə, ölkəsi Vaşinqtonla müttəfiqliyə hazırdır.
Azpost.info
