Ağalı kənd tam orta məktəbinə vakansiya seçiminə start verilir- Nazirlik

Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinə müddətli müqavilə ilə vakansiya seçiminə start verilir.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, vakansiya seçimində müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.

Müraciət etmək üçün Elm və Təhsil Nazirliyinin saytındakı linkə daxil olaraq müvafiq məlumatları və vakansiyanı qeyd edərək sorğunu tamamlamaq lazımdır.

Vakansiya seçimi üçün son müraciət tarixi 19 avqust saat 18:00 müəyyən olunub.

Əvvəlki məqalə

Əhalinin gəlirləri açıqlanıb

Sonrakı məqalə

“Çinlə müharibə başlasa, Filippin ABŞ-ı dəstəkləyəcək”