Çirkli pulların “yuyulmasına” görə cəza sərtləşdi –Prezident təsdiqlədi

Azərbaycanda çirkli pulların “yuyulmasına” görə cəzalar sərtləşdirilir.

AzPost bildirir ki, Prezident İlham Əliyev Cinayət Məcəlləsinə müvafiq dəyişiklikləri təsdiqləyib.

Mövcud qanunvericiliyə görə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın əsl mənşəyini gizlətmək üç ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 4000 manatdan 8000 manatadək cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dəyişikliklərə əsasən, bundan sonra cinayətin obyektinin dəyərinin 50%-dən 70%-ə qədər cərimə və üç ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.