“ABŞ prezidenti Co Bayden hərbi cinayətkar kimi məsuliyyətə cəlb edilməlidir”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının sədri Vyaçeslav Volodin bildirib.
Onun fikrincə, Bayden İsrailə silah verməklə Yaxın Şərqdə müharibəni qızışdırır: “Baydenin açıqlamalarından xəbəriniz var. O, fələstinlilərə 100 milyon dollar vəd edir, eyni zamanda İsrail və Ukraynaya 100 milyard dollar ayırır. Belə bir vəziyyətdə münaqişəni sülh yolu ilə həll etmək olmaz. BMT Baydenin məsuliyyətə cəlb edilməsinə təşəbbüs göstərməlidir”.
Volodin deyir ki, bu məsələ təkcə BMT-də deyil, dünya ölkələrinin parlamentlərində də qaldırılmalıdır. O, deputatları İsraildə və Qəzza zolağında baş verən faciənin səbəbkarlarını aydın şəkildə müəyyən etməyə çağırıb.
“Biz Yaxın Şərqdə sülhün hökm sürməsi üçün əlimizdən gələni edirik. Lakin bunun üçün biz bayaq haqqında danışdığımız şəxsləri məsuliyyətə cəlb etməliyik”, – Volodin qeyd edib.
Azpost.info