“Co, belə çətin adam olma, danışıqlara başla…”- Niderland Baş naziri Ukraynada sülhdən danışdı

“Kiyevin Moskva ilə sülh danışıqlarına gedib-getməməsinə yalnız Ukrayna prezidenti Vladimir Zelenski qərar verə bilər”.

Azpost.info xəbər verir ki, bunu Niderlandın Baş naziri Mark Rutte bildirib.

Onun fikrincə, Qərb Ukrayna liderini bu addımı atmağa məcbur edə bilməz.

“Bunu yalnız bir nəfər öz hökuməti ilə birlikdə həll edə bilər. Bu da Ukrayna prezidenti Vladimir Zelenskidir. Həmçinin də Ukrayna xalqıdır. Təsəvvür edək ki, mən ABŞ prezidentinə zəng edib deyirəm ki, “Salam Co, bu Markdır, belə çətin adam olma, kanadalılarla və ya meksikalılarla danışıqlara başla”. Təbii ki, o, razılaşmazdı. Burada da vəziyyət eynidir”, – Baş nazir deyib.

Azpost.info

Əvvəlki məqalə

Prezident “The Goldman Sachs Group Inc.” şirkətinin rəhbəri ilə görüşdü

Sonrakı məqalə

Venesuela hökuməti müxalifətlə danışıqlar üçün 3 milyard istəyir: