Prezident “The Goldman Sachs Group Inc.” şirkətinin rəhbəri ilə görüşdü

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşüb.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Görüşdə “The Goldman Sachs Group Inc.” şirkətinin Azərbaycan Mərkəzi Bankı və Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının davam etdiyi qeyd olunub.

Əvvəlki məqalə

Şeyxülislam və dini icma rəhbərləri 20 Yanvarla bağlı Bəyanat yaydılar

Sonrakı məqalə

“Co, belə çətin adam olma, danışıqlara başla…”