Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Coğrafiya ilə bağlı məktəb dərsliklərinin çapı üçün müsbət rəy verilməyib

Orkhan Ali 07 Mart 2024 - 13:20 (Last updated: 21 May 2025 - 20:15)
65e984e90b5eb65e984e90b5ec170980272865e984e90b5e765e984e90b5ea

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının növbəti iclası olub.

İnstitutdan verilən xəbərə görə, İnstitutun baş direktoru professor Zakir Eminov gündəlikdəki məsələlərlə iclas iştirakçılarını tanış etdikdən sonra direktor müavini, dosent Zaur İmrani məktəb dərsliklərinin hazırlanması ilə bağlı çıxış edib. O təqdim edilən Coğrafiya 6 (1-ci hissə) və Coğrafiya 7 (1-ci hissə) kitablarının çapı üçün, həmçinin Coğrafiya fənn kurikulumuna rəy verilməsi haqqında fikir bildirərək qeyd edib ki, orta ümumtəhsil müəssisələrinin şağırdləri üçün yazılan dərsliklərin məzmunu və onlarda şagirdlərə verilə biləcək bilik və bacarıqlar olduqca aşağı səviyyədədir.

Müəssisə rəhbəri Z.Eminov bildirib ki, dünyada yeni dərsliklərin və tədris vəsaitlərinin yazılması müasir metodlara, standartlara və qaydalara əsaslanır. Azərbaycan da bir qayda olaraq dünya elminə inteqrasiya etməyə çalışır və bəzi sahələrdə buna nail olur. Dərsliklərin yazılması dünya praktikasına əsaslanmalı, elmi cəmiyyətlərin qəbul etdiyi və artıq sübut olunmuş fundamental prizmadan baxılmalıdır. Müəlliflərin bilik və bacarıq səviyyəsi, eləcə də təfəkkürləri onlara dərsliyin yazılmasına icazə verməlidir.

Bu baxımdan təqdim edilən kitablara müsbət rəy verilməməsi və bu barədə DİM-ə və AR Elm və Təhsil Nazirliyinə məktub göndərilməsi qərara alınıb.

Sonra doktorant Zakir Quliyevin dissertasiya mövzusunun dəyişdirilməsi, c.ü.f.d. Elnur Səfərovun monoqrafiyasının çapa təqdim edilməsi və s. kimi cari məsələlərə baxılıb(trend).

Post navigation

Previous: Emin Hüseynov Ağdam, Füzuli və Xocavənddə Prezidentin xüsusi nümayəndəsi təyin edilib
Next: Prezidentin Xankəndiyə təyin etdiyi xüsusi nümayəndə Elçin Yusubov kimdir? –

Oxşar xəbərlər

yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03
5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08

xƏBƏR

serhed rus esas
  • İqtisadiyyat

Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb

User 23 Oktyabr 2026 - 20:30
Rusiya ilə Azərbaycan arasındakı sərhəd-keçid imkanlarının buraxılış qabiliyyəti son altı ildə təxminən 5 dəfə artıb. Bu barədə...
Read more about Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb
Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır qida axsam
  • Maraqlı

Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır

User 23 Oktyabr 2026 - 20:15
Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı? google podkast
  • Maraqlı

Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı?

User 23 Oktyabr 2026 - 20:05
Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı pendirler
  • Maraqlı

Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı

User 23 Oktyabr 2026 - 19:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.