Britaniyanın Baş naziri Boris Conson bu gün istefa verəcək.
Azpost.info bildirir ki, bu barədə Sky News məlumat yayıb.
“Hökumətdəki yüksək vəzifəli mənbə bildirib ki, Conson bu gün istefa verəcək”-deyə telekanal bildirib.
Bu informasiyanı həmçinin BBC və Bloomberg-in əməkdaşları da təsdiqləyib.
BBC-nin məlumatına görə, Conson mühafizəkarlar partiyasının yeni lideri seçilənə qədər Baş nazir vəzifəsini icra etmək niyyətindədir.
“Danuniq-Strit”dən bildiriblər ki, Conson bu gün müraciətlə çıxış edəcək.
Bu günə olan məlumata görə, Britaniya hökümətinin 120 nəfərdən ibarət üzvlərindən 53-ü istefaya gedib.