COP29 çox yüksək səviyyədə təşkil edilib- Gürcüstan Baş naziri

Bakıda olmaqdan və COP29 tədbirində iştirak etməkdən xüsusi məmnunluq duyuram.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze COP29-da Mavi Zonada Gürcüstanın sərgi pavilyonunda deyib.

“Prezident İlham Əliyevin açılış mərasimindəki çıxışı çox möhtəşəm idi. Ümumiyyətlə, COP29 konfransı çox yüksək səviyyədə təşkil edilib. Tədbiri möhtəşəm təşkil etdiklərinə görə bütün təşkilatçılara minnətdarlığımı bildirirəm”, – deyə İrakli Kobaxidze əlavə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.