Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

COP29-da Ermənistanın dağ-mədən fəaliyyətinin ekoloji fəsadlarına dair yan tədbir keçirilib

Orkhan Ali 13 Noyabr 2024 - 16:05 (Last updated: 21 May 2025 - 20:15)
cop01

COP29 çərçivəsində Ermənistanın dağ-mədən fəaliyyətinin ekoloji fəsadlarına dair yan tədbir keçirilib.

“Environmental Protection First” (EPF) Koalisiyası COP29 çərçivəsində “Ermənistanın dağ-mədən fəaliyyətinin Cənubi Qafqazda ətraf mühitə ekoloji təsirləri” mövzusunda yan tədbir keçirib.

Koalisiyanın həmtəsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirib ki, Ermənistan hakimiyyəti dağ-mədən fəaliyyətinin ekoloji fəsadları mövzusunda hələ də susur:

“Yerli və xarici QHT-lərin müraciətlərinə cavab vermir və Ermənistan beynəlxalq ekoloji norma və standartlara məhəl qoymayaraq, dağ-mədən fəaliyyətini davam etdirir, müəssisələrdə Azərbaycan və beynəlxalq təşkilatların ekoloji monitorinqlər aparılmasına şərait yaratmır”.

Koalisiya üzvləri bir daha Ermənistanın dağ-mədən sənayesində işləyən şirkətləri Ətraf Mühitin Qiymətləndirilməsi Sənədlərini ictimailəşdirməyə çağırıb və xüsusi vurğulanıb ki, bu sənədlərin ictimaiyyətdən gizlədilməsi görünməmiş hadisədir.

Koalisiyaya daxil olan “Azərbaycan Kartoqrafları” İctimai Birliyi 3 dildə – azərbaycan, ingilis və erməni dillərində hazırlanmış “Ermənistanın mineral xammal resursları” adlı xəritə üzərində mövzunu auditoriyaya izah edib. Xəritədə Ermənistanın dağ-mədən sənayesi fəaliyyətinin mənfi ekoloji təsirlərini ifşa etmək üçün mühüm məlumatlar əks olunub.

“Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov qeyd edib ki, xəritədən aydın görünür ki, Ermənistan ətraf mühitə ən çox zərər vuran dağ-mədən sənayesi müəssisələrini bilərəkdən əsasən Qərbi Zəngəzur bölgəsinə – Azərbaycan Respublikası ilə həmsərhəd, transsərhəd çaylara yaxın ərazilərə cəmləşdirib.

Tədbirdə Ermənistandan ətraf mühitə ziyan vuran fəaliyyəti dərhal dayandırmaq, beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərini yerinə yetirmək tələb olunub.

Post navigation

Previous: Bakıda bu avtobus marşrutlarının fəaliyyəti bərpa edildi –
Next: Ronaldinyo COP29 məkanındakı pavilyonları ziyarət edib

Oxşar xəbərlər

kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19
turk xin
  • Gündəm

Türkiyə Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

User 18 Oktyabr 2026 - 12:23
turk azerbaycan
  • Gündəm

Azərbaycanın milli maraqları və Türkiyənin regional siyasəti:

User 17 Oktyabr 2026 - 15:00

xƏBƏR

peskov
  • Dünya

Rusiya-Ukrayna danışıqlarının keçiriləcəyi yer məlum oldu

User 22 Oktyabr 2026 - 16:52
Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı mümkün görüşün keçiriləcəyi məkan kimi hələlik Əbu-Dabi nəzərdən keçirilir. Azpost.info -nun məlumatına...
Read more about Rusiya-Ukrayna danışıqlarının keçiriləcəyi yer məlum oldu
Türkiyədə 40 min azərbaycanlı tələbə oxuyur -Xaricdə təhsil alanların sayı niyə dəqiq bilinmir? telebeler
  • Baş Yazı

Türkiyədə 40 min azərbaycanlı tələbə oxuyur -Xaricdə təhsil alanların sayı niyə dəqiq bilinmir?

User 22 Oktyabr 2026 - 16:33
İşıq pulunu azaltmaq üçün lampanı nə vaxt söndürmək lazımdır? elektrik isiq
  • Maraqlı

İşıq pulunu azaltmaq üçün lampanı nə vaxt söndürmək lazımdır?

User 22 Oktyabr 2026 - 16:25
Dəniz balığı ilə bağlı xəbərdarlıq – Qaraciyərə zərər vura bilər baliq
  • Maraqlı

Dəniz balığı ilə bağlı xəbərdarlıq – Qaraciyərə zərər vura bilər

User 22 Oktyabr 2026 - 16:10
Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək? ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.