COP29-la bağlı dezinformasiya yayan 15 resurs bağlanıb

COP29-la bağlı saxta xəbərlər, dezinformasiyalar yayılır.

Bunu jurnalistlərə açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev deyib.

İ.Musayev bildirib ki, bu xəbərlərdə guya COP29-la bağlı iş yerlərinin açılması, yaxud hansısa maliyyə dəstəyinin göstəriləcəyi kimi feyk məlumatlar olur:

“Bu məlumatları daim analiz edirik. Onların yerləşdirildiyi resursların bloklanması üzrə işlər gedir. Son iki ayda biz tərəfdən həmin dezinformasiya yayan 15 resurs bağlanılıb”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.