COP29 Liderlər Sammiti həmrəylik və məsuliyyətin güclü təzahürüdür- Əminə Ərdoğan

COP29 Liderlər Sammiti həmrəyliyin və bəşəriyyət qarşısında ümumi məsuliyyətin güclü təzahürüdür.

Bu barədə Türkiyənin birinci xanımı Əminə Ərdoğan özünün “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Dost və qardaş Azərbaycanın nümunəvi ev sahibliyi altında keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin ümumi evimiz olan Yer planetinə fayda gətirməsini arzu edirəm. Bu sammit sərhədləri aşan həmrəyliyin və təbiət və bəşəriyyət qarşısında ümumi məsuliyyətin güclü təzahürüdür”, – o yazıb.

Ə.Ərdoğan, həmçinin Bakı konfransının daha ədalətli dünyanın qurulmasına töhfə verəcəyinə ümidvar olduğunu deyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.