Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

COP29-un əvvəlkilərdən fərqi nə oldu?

User 25 Noyabr 2024 - 13:40 (Last updated: 21 May 2025 - 20:15)
cop azer
COP29-un əvvəlki COP-lardan fərqi nə oldu və nə ilə yadda qaldı ?
1. İndiyədək iqlim dəyişikliyilə əlaqəli konfransların heç biri belə siyasi və diplomatik gərginliklə müşahidə olunmayıb.
Az qala bütün Avropanın açıq-aşkar boykot etdiyi, cəmi bir neçə Avropa ölkəsinin qatıldığı heç bir digər COP tədbiri olmayıb. Məhz bu baxımdan, COP29 başlamazdan öncə nəinki heç bir nəticə olmayacağı, hətta böyük uğursuzluq olacağı ilə bağlı iddialar səslənirdi. Bütün bunlara baxmayaraq Prezident İlham Əliyev COP29 açılışında COP -la bağlı Azərbaycana qarşı qarayaxma və boykot aparanlara qarşı daha sərt münasibət sərgilədi.
COP29-un böyük uğurla başa çatmasını nəzərə alsaq, buradan belə qənaətə gəlmək olar ki, Azərbaycan bu tədbirə ev sahibliyini üzərinə götürən andan hər şey, bütün siyasi və diplomatik təzyiqlər nöqtəsinə qədər hesablanıbmış .
Digər COP-lardan fərqli olaraq, inkişaf etmiş ölkələrin DOMİNANTLIĞI deyil, məhz Prezidentin siyasi iradəsi və komandanın ağır əməyi COP29 -da ciddi dönüş və tarixi nəticələr əldə olunmasında mühüm rol oynadı.
2. Bəzi COP-larda növbədən kənar iclaslar olsa da, gecə saat 4-də Qlobal Razılaşma uğrunda “vuruşma” heç birində olmayıb. Gecə saat 4-də hökumətin iki nazirinin, Muxtar Babayev və Ceyhun Bayramovun əldə olunan qlobal razılaşmanı ayaqüstə qeyd etmələri diqqət cəlb edən idi. Düşünmək olar ki, bir neçə cəhdlərdən sonra razılaşmanın son mətninin hazırlanması və ölkələrlə, nümayəndələrlə razılaşma proseduralarının yerinə yetirilməsi və nəhayət razılaşmanın əldə olunmasında XİN-nin diplomatları və ETSN komandası əsas rol oynayıb. Güman ki, bütün COP29 təşkilatçılarının və könüllülərin, xüsusilə də COP29-un Prezidenti Muxtar Babayev və XİN rəhbəri Ceyhun Bayramovun əməyi yüksək qiymətləndiriləcək. Bununla belə, fikrimcə, hər iki nazirimiz artıq beynəlxalq təşkilatlarda və ya qlobal təşəbbüslərdə rəhbər vəzifələrdə fəaliyyət göstərmələri üçün də tam hazır olduqlarını göstərdilər.
3. Gərgin siyasi və diplomatik mühitə, qlobal iqlim platformasından çıxmağı hədəfləyən Trampın president seçilməsinin proseslərə mənfi təsir göstərməsinə baxmayaraq COP29-da iqlim dəyişiklikləri ilə mübarizə üçün illik 300 milyard dollar öhdəliyinin əldə olunması və karbon kreditləri bazarının formalaşması ilə bağlı konkret razılıq indiyədək mahiyyəti üzrə 30 il davam edən müzakirələr fonunda əldə olunan ən böyük nəticələr hesab oluna bilər.
Əvvəlki COP-larda bu tip məsələlərlə bağlı yalnız konkret 100 milyardlıq nəticə olub, digər konkret nəticələr olmayıb, yanız tövsiyə xarakterli nəticələr olub.
4. Əvvəlki COP-larda bütün proseslər, beynəlxalq əməkdaşlıqlar əsasən İNKİŞAF ETMİŞ etmiş ölkələrin liderliyi altında qurulurdu. COP29-da diqqət cəlb edən məqam həm də İNKİŞAF ETMƏKDƏ OLAN ölkələrin liderliyinin önə çıxması oldu.
Osman Gündüz
Azərbaycan İnternet Forumunun prezidenti

Post navigation

Previous: Aİ səfirləri Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcəklər
Next: Boradigahda qəza vəziyyətində olan məktəb söküləcək –

Oxşar xəbərlər

kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19
turk xin
  • Gündəm

Türkiyə Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

User 18 Oktyabr 2026 - 12:23
turk azerbaycan
  • Gündəm

Azərbaycanın milli maraqları və Türkiyənin regional siyasəti:

User 17 Oktyabr 2026 - 15:00

xƏBƏR

Kart
  • Maraqlı

Bank kartı ilə bağlı 7 səhv pul itkisinə səbəb ola bilər

User 25 Oktyabr 2026 - 14:00
Bank kartı gündəlik alış-verişi, kommunal ödənişləri və internet üzərindən sifarişləri asanlaşdırır. Lakin kart məlumatlarının yanlış şəxsin əlinə...
Read more about Bank kartı ilə bağlı 7 səhv pul itkisinə səbəb ola bilər
Sabaha olan hava proqnozu avto yaqisli hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 25 Oktyabr 2026 - 13:41
Niyə bəzi mahnılar və köhnə kitablar illər keçsə də unudulmur? kitab
  • Maraqlı

Niyə bəzi mahnılar və köhnə kitablar illər keçsə də unudulmur?

User 25 Oktyabr 2026 - 12:50
Evdə qida israfını azaltmağın 6 yolu qida yemek
  • Sosial

Evdə qida israfını azaltmağın 6 yolu

User 25 Oktyabr 2026 - 12:25
Evi daha geniş və işıqlı göstərən 7 dizayn üsulu – bahalı təmirə ehtiyac yoxdur menzil dizayn
  • Sosial

Evi daha geniş və işıqlı göstərən 7 dizayn üsulu – bahalı təmirə ehtiyac yoxdur

User 25 Oktyabr 2026 - 12:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.