“COP29-un qlobal missiyalarının yerlərdə təşviqi” layihə çərçivəsində son tədbir keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən həyata keçirilən “COP29-un qlobal missiyalarının yerlərdə təşviqi” layihəsi çərçivəsində fəaliyyət planına uyğun olaraq son tədbirini keçirmişdir.

“COP29-un qlobal missiyalarının  töhfə verək” mövzusunda konfrans formatında təşkil edilən tədbir Salyan rayonunun  Arbatan kəndində Dövlət Aqrar İnkişaf  Mərkəzinin binasında baş tutmuşdur.

Konfransda dövlət və bələdiyyə qurumları, ekoloji sahədə  fəaliyyət göstərən  təşkilatların rəhbərləri, ictimai təşkilatlar, media təmsilçiləri və müxtəlif yaş qruplarımda olan benifisarlar   iştirak etmişlər. Azərbaycan  ekologiyasının inkişafına tarixi töhfələr vermiş, ümummilli liderimiz Heydər Əliyevin və müstəqil Azərbaycanımızın ərazi bütövlüyünün təmin edilməsində  qəhrəmanlıq göstərərək qurban getmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir

“Ana Kür” İctimai Birliyinin  sədri, layihə rəhbəri Rüstəm Məlikov çıxış edərək bildirmişdir ki,  tədbirin əsas məqsədi   ötən   ilin payızında Bakı şəhərində keçirilmiş  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un yekunları  barədə yerli ictimaiyyəti  daha geniş məlumatlandırmaq, tədbirin ekoloji və qlobal əhəmiyyətini izah etmək, eyni zamanda  benifisarlar arasında  COP-un qlobal missiyalarına töhfələr  vermək üçün hər bir  fərdin vətəndaş təəssübkeşliyi göstərmək zərurətindən söz açmışdır.

Konfransda 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsul işçisi Gülhüseyn Ağayev, DAİM-nin direktor müavini Rişad Əsgərli Salyan Bələdiyyəsinin sədri Telman Ağabəyov, fermer Avdı Həsənov, Arbatan kənd bələdiyyəsinin sədri Əlihüseyn Hüseynov, Rayon Ziyalılar birliyinin sədri Allahverdi P və başqaları  sıxış edərək layıhənin fəaliyyət planına uyğun olaraq görülən işlərı təqdirəlayiq hesab etmiş və layihənin davamlı inkişafı üçün təkliflər səsləndirilmişdir.

Konfransda xüsusi ilə vurğulanmışdır ki, ətraf mühitə vurulan ziyanın təsini azaltmaq üçün regionlarda da məişət tullantılarının çeşidlənməsi və emalı müəssisələrinin təşkilinə ehtiyac vardır. Içməli və əkin üçün istifadə olunan sudan qənaətlə istifadə edilməlidir. Hər kəs çalışdığı sahədə ekoloji məsələlərə daha çox diqqət ayıra bilsə COP29-un qlobal məqsədlərinə töhfə verə bilərik.

Konfrans dəyirmi masa ətrafında çay-kofe süfrəsi arxasında, diskussiya şəraitində davam edəcəkdir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.