COP29 yeni iqlim maliyyəsi hədəfini təqdim etməlidir, geri sayım mərhələsindəyik- BMT Baş katibi

Qlobal temperatur artımını 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırmaq üçün son geri sayım mərhələsindəyik.

Bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş “X” platformasındakı paylaşımda bildirib.

“Qlobal temperatur artımını 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırmaq üçün son geri sayım mərhələsindəyik. COP29 İqlim Fəaliyyəti üçün iddialı yeni iqlim maliyyəsi hədəfi təqdim etməlidir. Bu iqlim konfransı uğursuz olmamalıdır”, – Quterreş qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.