Corc Buşun bacısı qocalar evində koronavirusdan ölüb

ABŞ-ın 41-ci prezidenti Corc Buşun bacısı Nensi Buş Ellis Konkord şəhərində yaşadığı qocalar evində koronavirus səbəbindən 94 yaşında vəfat edib.

Bu barədə “New York Times” qəzetinə onun oğlu III Aleksandr Ellis bildirib.

Nensi dekabrın 30-da yüksək hərarətlə xəstəxanaya yerləşdirilib. Müayinə zamanı koronavirus testinin cavabı müsbət olmuşdu. Müalicəsi uğurla həyata keçirilsə də sonradan ümumi sağlamlığı pisləşib.

Qeyd edək ki, 1926-cı il fevralın 4-də doğulan Nensi Buş ailədə 4 qardaşın bir bacısı idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyada koronavirusa yoluxanların sayı 90 milyonu keçib

Sonrakı məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi