COVİD-19 pasportu olmayan taksi sürücüləri oktyabrın 1-dən reysə buraxılmayacaq –RƏSMİ

“Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli Qərarına əsasən COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti daxildir”.

Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

N. Allahyarova bildirib ki, bu səbəbdən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən qərarın icrasının təmin olunması ilə bağlı bütün daşıyıcı şirkətlərə xəbərdarlıq edilib.

“Oktyabrın 1-dən etibarən immun sertifikatı və COVİD-19 pasportu olmayan sürücülər aşkarlanarsa, həmin sürücülərin reysdə iştirakına icazə verilməyəcək”, – deyə N. Allahyarova qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident Sabunçuda 71 saylı orta məktəbdə yaradılan şəraitlə tanış olub

Sonrakı məqalə

İlham Əliyev və Mehriban Əliyeva Bakı Avropa Liseyinin yeni binasının açılışında iştirak edib