Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq yeni növ koronavirusla mübarizə sahəsində çalışan daha bir qrup xarici mütəxəssis Azərbaycandadır.
APA-nın məlumatına görə, COVID-19 sahəsində çalışan 115 kubalı tibb mütəxəssisi iyulun 13-də Azərbaycana gəlib. Kubalı mütəxəssislər COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində ölkəmizə gəliblər.
Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo jurnalistlərə müsahibəsində Azərbaycan və Kuba arasındakı münasibətlərin inkişafını qeyd edib. O bildirib ki, indiki zamanda Kuba özünə doğma hesab etdiyi Azərbaycana dəstəyini əsirgəmir. Bu səbəbdən Kubadan Azərbaycana böyük tibb personalı gəlib. Bu addım, eyni zamanda, həmrəyliyin göstəricisidir.