“COVİD-19-un laboratoriya mənşəli olduğunu göstərən əlamətlər yoxdur” –ÜST-in tədqiqat qrupunun üzvü

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çinin Vuhan şəhərində COVID-19 virusunun mənşəyini araşdıran tədqiqat qrupunun üzvü deyib ki, virusun genetik elementlərinin aşkarlanması üçün ölkənin yarasa mağaraları öyrənilməlidir.

Röyters agentliyinin yazdığına görə zooloq və heyvan xəstəlikləri eksperti Peter Dasak deyib ki, DST-nin Vuhandakı komandasına yeni informasiyalar daxil olur. Bu məlumatlar 2019-cu ilin əvvəllərində Vuhanda aşakr edilmiş koronavirusun pandemiyaya necə səbəb olması məsələsinə işıq sala bilər. Alim bunu da deyib ki, virusun laboratoriyadan qaynaqlanmasını göstərən əlamətlər yoxdur.

Koronavirusun mənşəyi məsələsi bütün dünyada, xüsusilə də ABŞ-da və Qərbdə xeyli siyasiləşdirilmiş və ziddiyyətlərə səbəb olmuşdu. Qərb Çini epidemiyanın başlanğıcında ləngiməyə yol verməkdə və kifayət qədər şəffaf olmamaqda ittiham edirdi. Pekin virusun başqa yerlərdən qaynaqlandığını iddia edir.

Dasak 2002-2003-cü illərdə yayılmış Sərt Kəskin Tənəffüs Sindromunun (SARS) araşdırılmasında iştirak edib. O vaxt bu virusun Çinin Yunnan vilayətindəki mağaralardan qaynaqlandığı deyilirdi. Bu mağaralarda iri yarasa koloniyaları yaşayır. Nyu Yorkda mənzillənmiş EcoHealth alyansının başçısı olan alim deyib ki, “əgər biz COVID-19-un da mənşəyini aşkar etmək istəyiriksə, buna bənzər araşdırma aparılmalıdır”.

Dasak Röyter agentliyinə deyib ki, bu çox mühümdür, çünki virusun yarasalarla bağlılığı isbat olunarsa, insanların bu heyvanlarla kontaktları məhdudlaşdırıla bilər. Çinin hazırda özünün yarasa mağaralarında nümunələri monitorinq edib-etməməsi bilinmir, amma bundan əvvəl SARS-CoV-2 tipli viruslar Yunnan vilayətində tapılmışdı.

Dasak bildirib ki, Vuhandakı DST komandasına virusun pandemiyaya necə çevrilməsinə dair yeni informasiyalar daxil olur. Lakin Dasak bu mülahizənin təfərrüatlarını açıqlamayıb: “Mən indi daha ağlabatan ssenariləri görməyə imkan verən məlumatlar alıram”.

Ssenarilərdən birinə görə bu virus hələ pandemiyadan xeyli əvvəl Vuhanda dövriyyədə olub: “Bizim real işimiz virusa ilk yoluxmalardan geriyə qayıdaraq heyvan mənşəyinə çıxmaqdır”.

DST-nin tədqiqat qrupu xəstəxanalara, araşdırma mərkəzlərinə və diri heyvan bazarlarına baş çəkib. Amma Reuters qeyd edir ki, tədqiqatçılar yalnız Çin hökumətinin icazə verdiyi yerlərə gedə bilirlər. Buna baxmayaraq Dasak deyib ki, Çin hökuməti indiyədək onların heç bir ricasını rədd etməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Teymur Rəcəbovun Levon Aronyanla oyununun günü dəqiqləşib

Sonrakı məqalə

Sumqayıtda polisdən qaçmaq istəyən avtobusu sürücüsü saxlanılıb –