“COVID-19 yenidən alovlanacaq”

- Fransanın səhiyyə üzrə baş direktorundan xəbərdarlıq
08 İyul 2020 - 17:07

Hələ də yayılan koronavirusun mövsümi davranışı haqqında hər şeyi bilmirik. Bütün dövlət xidmətləri, mütəxəssislər, yerlərdəki aidiyyəti şəxslər payız və ya qışda epidemiyanın yenidən alovlanmasının qarşısını almaq üçün səfərbər olunub.

Bu fikirləri Fransanın səhiyyə üzrə baş direktoru Jerom Salomon deyib.

“Hazırlaşmalıyıq”, – deyən baş direktor COVID-19 epidemiyasının yenidən baş qaldıracağı, hətta ikinci dalğanın başlaya biləcəyini deyib və vəziyyətin hələ də ciddi olduğunu bildirib. O, epidemiyanın yenidən başlanmasını şərtləndirən əsas amilin insanların davranışı olduğunu vurğulayıb. Bildirib ki, bunun qarşısını almaq istəyiriksə hər kəs gigiyena qaydalarına riayət etməli, fiziki məsafə saxlamamalı və maska taxmalıdır. Bu qaydalara insanların bir-birinə yaxın olduğu və qapalı məkanlarda xüsusi diqqət yetirilməlidir(azərtac).