COVİD pasportu olmayanlar cərimə ediləcəkmi? –

DİN-dən AÇIQLAMA
01 Oktyabr 2021 - 09:31
Peyvənd olunmayan, yaxud COVID-19-a qarşı immunitet sertifikatı olmayan sərnişinlər inzibati məsuliyyətə cəlb olunmayacaqlar.
Azpost.info bildirir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Açıqlamada bildirilir ki, daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində müvafiq nəzarət tədbirlərinin icrası diqqətdə saxlanılır. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkar edildiyi hallarda müntəzəm sərnişindaşımanı həyata keçirən fiziki, hüquqi və vəzifəli şəxslər qanunverciliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediləcəklər.