Çox işləyib, az maaş alırsınızsa, bu problemləri həll etməlisiniz

“Həddindən artıq çox işləyib az maaş almaq” anlayışı müasir iş mühitinin demək olar ki, himninə çevrilib. İnternet, iş yerini dəyişməklə bağlı məsləhətlərlə doludur. Əgər özünüzü qiymətləndirilməmiş hiss edirsinizsə, deməli sistem sizi uğursuzluğa düçar edib.

Bu hekayə təsəlli verə bilər. Lakin insanların çoxu özlərinə daha önəmli sualı verməkdən çəkinir: bazar şəraitində mənim töhfəmin real dəyəri nə qədərdir?

Təkcə səy göstərmək dəyər ölçüsü deyil

Biz çox vaxt öz dəyərimizi yorğunluğumuzun səviyyəsi ilə ölçürük. Lakin bazar yorğunluğa görə yox, nəticələrə görə ödəniş edir.

Əgər siz özünüzü az maaş alan biri kimi hiss edirsinizsə, buna qəzəblə yanaşmayın.

Soyuq və kommersiya baxış bucağı ilə bu dörd suala cavab tapın

– Mən hansı problemləri həll edirəm?
– Mən hansı gəlirə təsir edirəm və ya hansı xərcləri azaldıram?
– Mən biznes üçün hansı riskləri aradan qaldırıram?

Əgər bu suallara cavab verə bilmirsinizsə, özünüzü düzgün mövqeləndirə bilmirsiz.

Yüksək nəticə göstərən insanlar sadəcə işi görmürlər, onlar gördükləri işi qərar verənlərin qiymətləndirdiyi dildə izah etməyi bacarırlar. Bu “özünü reklam etmək” deyil. Bu kommersiya yetkinliyidir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.