“Çox şadam ki, Avropa ölkələri “Brexit” məsələsində razılığa gələ biliblər”- Pompeo

ABŞ-ın dövlət katibi Maykl Pompeo Böyük Britaniyanın Avropa İttifaqını (Aİ) tərk etməsini (“Brexit”) şərh edib. 

“Report”un xarici mətbuata istinadən verdiyi məlumata görə, o, bu barədə “Twitter” hesabında yazıb.

“Çox şadam ki, Avropa ölkələri “Britaniya xalqının seçiminə hörmətlə yanaşaraq” “Brexit” məsələsində razılığa gələ biliblər. Biz bu ölkə ilə güclü, məhsuldar və firavan əlaqələrimizi inkişaf etdirməyə davam edəcəyik”, – o qeyd edib.

Xatırladaq ki, Böyük Britaniya ötən gün saat 23:00-da rəsmən Aİ-ni tərk edib. O, bu ittifaqda 47 il təmsil olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

MSK bu partiyanın nümayəndəsinin səlahiyyətinə xitam verdi

Sonrakı məqalə

Deputatlığa namizəd Nazim Bəydəmirli qəzaya düşdü