“Çoxdan içəri atmaq lazım idi!”- Deputat Puqaçovaya “od püskürdü”, onu Rusiyanı tərk etməyə çağırdı

Rusiya Dövlət Dumasının deputatı Aleksandr Boroday Ukraynadakı xüsusi əməliyyatı tənqid edən və əri Maksim Qalkinin ardınca özünün də “xarici agent” kimi tanınmasını istəyən müğənni Alla Puqaçovanı cəmiyyətin mübarizə aparmalı olduğu “iyrənc varlıq” adlandırıb.

Azpost.info xəbər verir ki, o, Puqaçovada Rusiya pasportunun olmasını ədalətli saymadığını deyib və sənətçini ölkəni tərk edib İsrailə getməyə çağırıb.

“Rusiya pasportu olan bir çox insan ona sahib olmamalıdır. Eləcə də Alla Puqaçova. Hansı əsasla onda Rusiya pasportu var? Götürüb gəldiyi yerə getsin! İsrailə! Bütün uşaqları, ailə üzvləri, itləri və hər şeyilə birlikdə, – Boroday deyib.

“İndi mən onları təcili içəri atmağı (həbs etməyi:red) təklif etmirəm. Baxmayaraq ki, prinsipcə bu, onların bütün açıqlamalarından sonra mümkün olardı. Bütün bu təbliğatlarından sonra bu, çoxdan edilməli idi…”, – deputat əlavə edib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.