“Crocus City Hall” mərkəzində terror aktı ilə əlaqədar daha 3 nəfər saxlanılıb

“Crocus City Hall” mərkəzində törədilmiş terror aktı ilə əlaqədar daha üç nəfər saxlanılıb.

Amincon, Dilovar və İsroil İslamovlar məhkəməyə gətirilib. Rusiya məhkəməsi onlar barəsində həbs qətimkan tədbiri seçib.

Dilovar İslamov terrorçuların istifadə etdikləri “Renault” markalı avtomobilin sahibi olub. İstintaq digər saxlanılanlar – Amincon və İsroil İslamovların da cinayətkar qrupun tərkibində olduqlarını ehtimal edir(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.