“Crocus City Hall”-un bərpası üçün 7 milyard lazımdır

“Crocus City Hall”-un bərpası avadanlıqları nəzərə almasaq, təxminən 4-7 milyard rubla başa gələcək”.

Azpost.info bildirir ki, bu sözləri RİA-Novosti-yə Ticarət Mərkəzləri İttifaqının vitse-prezidenti Pavel Lyulin deyib.

Ekspert qeyd edib ki, yanğın nəinki binaları, hətta bahalı konsert avadanlıqlarını da məhv edib. “Ağalarovlar ailəsinin  obyekti bərpa etmək qərarına əsasən deyə bilərik ki, konsert zalının özünün avadanlıq olmadan bərpası 4-7 milyard rubla başa gələ bilər”, o deyib.

Lyulin əlavə edib ki, hesablamalar şərtidir, çünki ekspertizanın nəticələri və yanğın nəticəsində metal konstruksiyalara dəymiş ziyanın miqyası məlum deyil.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.