Çubays Yeltsinin məzarına əklil göndərdi- FOTO

“Rusnano”nun keçmiş rəhbəri, xüsusi hərbi əməliyyatdan sonra Rusiyanı tərk edən Anatoli Çubays ölkənin ilk prezidenti Boris Yeltsinin məzarına əklil göndərib.

Azpost.info xəbər verir ki, fevralın 1-də sabiq dövlət başçısının 93 yaşı tamam olacaqdı.

Məzarın üzərində Rusiyanın hazırkı prezidenti Vladimir Putindən güllər var. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də Yeltsinin xatirəsini yad edib.

Boris Yeltsin 2007-ci ilin aprelində vəfat edib. Onun ölüm səbəbi çoxsaylı orqan çatışmazlığı nəticəsində yaranan ürək dayanması olub. Rusiyanın ilk prezidenti Novodeviçi qəbiristanlığında dəfn edilib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.