Çubaysın xəstəxanadan fotosu yayıldı- Putinin eks-köməkçisinin halı istirahət zamanı pisləşib

“Rosnano”nun keçmiş rəhbəri, Rusiya prezidenti Vladimir Putinin sabiq xüsusi nümayəndəsi Anatoli Çubaysın xəstəxanaya yerləşdirildikdən sonra ilk fotosu yayılıb.

Azpost.info xəbər verir ki, fotonu “Bloody Lady” “Telegram” kanalı dərc edib.

Avropadakı xəstəxanalardan birinə yerləşdirilən zaman onun vəziyyəti qeyri-stabil olub. O, həyat yoldaşı Avdotya Smirnovaya özünü pis hiss etdiyini, qollarını və ayaqlarını hərəkət etdirə bilmədiyini deyib.

Çubaysa Guillain-Barre sindromu diaqnozu qoyulub. Bu sindrom koronavirusdan sağalmış, yaxın vaxtlarda peyvənd olunmuş və ya əməliyyat olunmuş insanlarda yaramna bilər. Lakin diaqnozun dəyişə biləcəyi də vurğulanır. Belə ki, hadisə yerinə polis gəlib, bütün mümkün şahidlər dindirilib. Çubaysın zəhərləndiyi ehtimalı da istisna edilmir.

“Corriere della Sera” nəşri yazır ki, Çubaysın vəziyyəti İtaliyanın Sardiniya adasının Zümrüd Sahilində istirahət edərkən pisləşib.

ANSA agentliyi mənbələrə istinadən bildirib ki, “Rosnano”nun keçmiş baş direktoru Sardiniyanın Olbia şəhərindəki xəstəxanalardan birindədir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.