Çuğundur şirəsi infarkt riskini azaldır –Britaniya Ürək Cəmiyyəti

Gündəlik çuğundur şirəsi içmək infarkt riskini azaldır. 

Azpost.info bildirir ki, bu barədə tədqiqatın nəticələri Mançesterdə keçirilmiş Britaniya Ürək-Damar Cəmiyyətinin konfransında təqdim olunub.

Araşdırmada qeyd olunur ki, stent qoyulduqdan sonrakı altı ay ərzində hər gün çuğundur şirəsi içmək  xəstələrdə növbəti infarkt riskini azaldır.

Tədqiqatçılar müəyyən ediblər ki, stenokardiyası olan 300 xəstənin 16%-də stent qoyulduqdan sonra iki il ərzində ciddi ürək problemləri yaranıb və ya ikinci prosedura ehtiyac var. Lakin gündəlik çuğundur şirəsi içən xəstələrdə bu nisbət təxminən 7%-ə düşüb.

Alimlər çuğundur şirəsinin təsirini tərkibindəki qeyri-üzvi nitratın tərkibi ilə izah edirlər. Bunlar azot turşusunun duzlarıdır. Ağızdakı bakteriyalar tərəfindən nitritə çevrilir. Daha sonra bədəndə siqnal molekulu olan azot oksidinə (NO) çevrilir. NO isə xəstələrin qan damarlarına müsbət təsir göstərir.

Komanda tezliklə daha geniş araşdırmaya başlamağı planlaşdırır. Onlar ümid edirlər ki, bu tədqiqat uğurlu olarsa, çuğundur şirəsini stent qoyulmuş xəstələrə müalicə üçün yazıla bilər.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.