Cəlilabadda II çiyələk festivalı başlayıb

Cəlilabad rayonunda növbəti çiyələk festivalı keçirilir.

Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan festival Heydər Əliyev Seyrəngahından start götürüb.

Festivalda rayonda yetişdirilən və ixrac edilən çiyələk sortları nümayiş olunur.

Eyni zamanda tədbirdə əyləncə proqramı, aşpazların ustad dərsləri və ənənə halına çevrilən çiyələk məhsulları təqdim edilir.

Daha sonra konsert proqramı təqdim olunacaq.

Festival axşam saatlarına qədər davam edəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.