Cəlilabadda zəlzələ olub- Seysmoloji Xidmət Mərkəzi

Sentyabrın 6-da Cəlilabad seysmolojı stansiyasından 19 kilometr şimal-şərqdə Cəlilabad rayonunda zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 08:05-də qeydə alınan zəlzələnin ocağı 41 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 3.0 bərabər olan zəlzələ hiss olunmayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.