“Cənazələr iki gün ərzində ölkəyə gətiriləcək”- Samir Rzayev

AZAL qəza

“Sağ qalan şəxslərin ölkəyə gətirilməsi günün ikinci yarsında həyata keçiriləcək. Həyatını itirən şəxslərin cənazəsi isə iki gün ərzində ölkəyə gətiriləcək”.

Bunu AZAL-ın prezidenti Samir Rzayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, təyyarənin qəza səbəbi barədə nəsə demək tezdir: “Hazırda detallı araşdırılma aparılır. Qara qutu tapılıb və oxunması qanunvericiliyə uyğun həyata keçiriləcək”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.