Cənubi Koreya parlamentinin aparıcı müxalifət qüvvəsi olan Toburo Demokratik Partiyası ölkə prezidenti səlahiyyətlərini icra edən, baş nazir Han Dok Sunun impiçment prosesinin başlanmasını bir neçə gün təxirə salmaq qərarına gəlib.
Azpost.info xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
“Tələblərimizin cümə axşamı günü yerinə yetirilib-yetirilmədiyini görmək üçün səbirlə gözləmək qərarına gəldik”, – parlamentdəki “Toburo” fraksiyasının lideri Pak Çxan De bildirib.
Bundan əvvəl o, prosedura çərşənbə axşamı yerli vaxtla saat 17:30-da başlamaq niyyətində olduqlarını demişdi.
Azpost.info